"Əli Həsənovun özü də həbs olunmalıdır, xalqın milyardlarını yeyib"

"Əli Həsənovun özü də həbs olunmalıdır, xalqın milyardlarını yeyib"
7 Avqust 2017
Mətni dəyiş

"Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avqustun 3-də "Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-qəza hadisəsi törədib.

Son günlərin əsas gündəm mövzusuna vətəndaşlar, ictimai xadimlər, müstəlif tərəflərin siyasətçiləri və dövlət məmurları fərqli münasibətlər bildiriblər.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev xeberle.com saytına bu məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, indiki məmurların hamısı prezidentin tapşırıqlarını yerinə yetirməmək üçün bütün qüvvələri ilə çalışırlar.

"Onlar cəzasız qaldıqlarına görə nöqsanlara yol verirlər, xalqı incidirlər, dövlət başçısının iradəsinin əksinə gedirlər. Elə Əli Həsənovun nəvəsinin qudurğanlığını götürək. Hələ bir zamanlar hazırki "qaçqınkom"un sədri Əli Həsənov Heydər Əliyev haqqında keçmiş millət vəkili, rəhmətlik Şadman Hüseynov və keçmiş baş prokuror Əli Ömərova deyirdi ki, bu qaniçəni niyə Azərbaycana gətirmək istəyirsiniz?! Həmin adamlar bu gün Prezidentə xəyanət edir, xalqın böyük narazılığına səbəb olur, heç bir qanunları icra etmirlər".

"Əli Həsənov Moskvanın 5-ci kalonunun üzvüdür" 

Hafiz Hacıyev deyib ki, bu gün hakimiyyətin ən yüksək pillərində duran adamlar, qanunları icra etməyən şəxslərdir.

"Müəyyən insanlar var ki, bu gün prezident həmin şəxslərə nə desə də, onun sözünə baxmayaraq öz bildiklərini edirlər. Moskvanın burada xüsusi qrupu işləyir, hansı ki, onlar 5-ci kalonun üzvləridir. Hamısı ordan medal, orden alıb. Əli Həsənov da həmin kalonun üzvüdür. O vaxt Heydər Əliyevə xəyanət edənlərin başında Əli Həsənov dururdu, hansı ki, bu gün də həmin hərəkəti onun oğluna edir".

[caption id="attachment_42559" align="aligncenter" width="1500"] Hafiz Hacıyev[/caption]

Partiya sədri sual edir ki, məmurun nəvəsi 21 yaşında milyoner olursa, başqası niyə ola bilmir?! O bildirib ki, ölkədə islahatlar aparılmalı və həmin məmurların hamısı tam nəzarətdə saxlanılmalıdır.

"İlham Əliyevin arxasında mənim kimi əjdaha bir qardaşı var"

"Bu gün mənim əziz qardaşıma hamısı xəyanət edir və çalışırlar ki, ölkədə çevriliş etsinlər. Onlar artıq xalqın beynində çevrilişə nail olublar. Nə vaxt Moskva onlara göstəriş versə, həmin əmrə tabe olacaqlar. Məsələnin əsas mahiyyəti budur, bunu bilməyən adam siyasətlə məşğul olmasın. Nə qədər ki, bu qocalar evi var və Prezident Adminstrsiyasında həmin şəxslərlə işləyən məmurlar var, Azərbaycanda vəziyyət günü-gündən pisləşəcək", - deyə H.Hacıyev bildirib.

Partiya sədri deyib ki, Nail Allahverdiyevin həbsi üçün o da cəhd göstərib və bir neçə gün əvvəl mən bir çox sayta müsahibə verib. O bildirib ki, Əli Həsənovun nəvəsi belə bir hadisə törədib, mütləq tədbir görülməlidir.

"Əli Həsənov qaçqınların milyardlarını yeyib"

Hafız Hacıyev mətbuata bir neçə gün əvvəl prezidentin bu məsələdən xəbəri olan kimi ölçü götürəcəyini açıqladığını bildirir. O bildirir ki, hətta Qaçqınkom-un sədri də həbs olunmalıdır.

"Əli Həsənovun özü də həbs edilməlidir. O, qaçqınların milyardlarını yeyib, Sumqayıtın hər blokunda evi var. Oğlunun biri yalandan Binəqədidə polis rəisinin müavini kimi göstərilsə də, özü xarici dövlətdədir. Onun Azərbaycan üçün nə xidmətləri olub?! Sadəcə, qaçqınlar üçün ayrılan pulları yeməkdən başqa heç bir şey etməyib. Buna görə də düşünürəm ki, prezident tezliklə islahatlara başlamalıdır. Onun arxasında mənim kimi əjdaha bir qardaşı var. Mən ölənə qədər onun və balalarının yolunda vuruşacağam".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun