Yol polisi tərəfindən təqib olunan sürücü avtomobilini kanala aşırıb

Yol polisi tərəfindən təqib olunan sürücü avtomobilini kanala aşırıb
11 İyul 2017
Mətni dəyiş

Ağdaş rayonunda Dövlət Yol Polis (DYP) əməkdaşlarının təqibindən qaçmağa çalışan sürücü avtomobilini kanala aşırıb.

Hadisə rayonun Cücüklü kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Elməddin Məmməd oğlu Məmmədov "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının "saxla!" əmrinə tabe olmayıb. YPX əməkdaşları onu təqib etməyə başlayıblar. Yüksək sürətlə hərəkətdə olan sürücü idarəetməni itirib və avtomobili yolun kənarındakı kanala aşırıb. Nəticədə sürücü E.Məmmədov ağır bədən xəsarətləri alıb.

Yaralı Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, E. Məmmədovun müalicə və müayinəsi davam edir, vəziyyəti ağırdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun