"WikiLeaks" Macronun seçkiöncəsi məktublarını yayıb

"WikiLeaks" Macronun seçkiöncəsi məktublarını yayıb
31 İyul 2017
Mətni dəyiş

WikiLeaks saytı Fransa prezidenti Emmanuel Macron-un seçkiöncəsi qərargahının 20 mindən çox məktubunu dərc edib.

İlk məktubun tarixi 2009-cu ilin martına, sonuncunun tarixi isə 2017-ci ilin aprelinəaiddir.

WikiLeaks yazır ki, daha çox materiallara malikdirlər, amma yalnız bu qədər məktubu sistemləşdiriblər. WikiLeaks-in təsisçisi Julian Assange Macronun fevral ayına aid “ifşaedici yazışması”ndan danışıb. Onun dediyinə görə, söhbət Macronun ABŞ seçkilərində Demokratların prezidentliyə namizədi Hillari Clinton-la yazışmasından gedir.

Macron seçkiöncəsi kampaniyası zamanı dəfələrlə onun seçki qərargahına haker hücumlarının olduğunu bildirmişdi və burada «Rusiya izinin» olduğunu vurğulamışdı. Amma Fransa prezidentinin seçkiöncəsi qərargahına rusiyalı hakerlərin kiberhücumlarına dair heç bir fakt ortalığa çıxarılmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun