ÜST-nin yeni baş direktoru səlahiyyətlərinin icrasına başlayıb

ÜST-nin yeni baş direktoru səlahiyyətlərinin icrasına başlayıb
1 İyul 2017
Mətni dəyiş
Efiopiyanın keçmiş səhiyyə və xarici işlər naziri Tedros Adhanom Gebreyesus Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru kimi səlahiyyətlərinin icrasına başlayıb.
TASS-ın məlumatına görə, o, təşkilat rəhbəri kimi həyata keçirmək istədiyi prioritet məsələləri açıqlayıb.
Yeni baş direktor bildirib ki, sələfi Marqaret Çenin reallaşdırdığı islahatları davam etdirəcək və əldə olunan vəsaitlərin əsas problemlərin həllinə yönəldilməsi üçün əlindən gələni edəcək.
T.A.Gebreyesus  bu vəzifəyə seçilən ilk afrikalıdır. 52 yaşlı siyasətçinin səlahiyyət müddəti 5 ildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun