Ukrayna DİN rəhbərinin müavini: “Tutulmağım haqda xəbərlər saxtadır”

Bugün Ukrayna KİV-də daxili işlər naziri Arsen Avakov-un müavini Vadim Troyan-ın 2 mln. qriven rüşvət alarkən polis tərəfindən saxlanıldığı barədə xəbərlər yayılıb.

Abzas.net xəbər verir ki, Vadim Troyan buna öz “Facebook” səhifəsində münasibət bildirib.

Nazir müavini bu xəbərlərin saxta olduğunu bildirib:

“Bu tamamilə yalandır. Mən 26 iyulda məzuniyyətə çıxmışam. Hal-hazırda Podolda idman zalındayam”.

Troyan bildirib ki, onun evinə polis gəlib, lakin bu iki həftə əvvəl baş verib və məqsəd başqa olub:

“Mənim evimə oğru girmişdi. Biz onu tutduq və polis çağırdıq. Polis gəldi, oğrunu təhvil aldı və getdi. Bu iki həftə əvvəl baş verib”.

Daxili İşlər Nazirliyinin sözçüsü Artyom Şevçenko da nazir müavinin həbsi ilə bağlı xəbərləri təkzib edib və bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.