Türkmənistanda 40 nəfər Gülən tərəfdarına hökm oxunub

Türkmənistanda 40 nəfər Gülən tərəfdarına hökm oxunub
18 İyul 2017
Mətni dəyiş

Türkmənistanda «gülənçi»lərlə iş birliyində ittiham olunan azı 40 nəfərə hökm oxunub.

Bu barədə Azadlıq Radiosunun Türkmənistan bürosu məhkəmə orqanına istinadən məlumat yayıb. Mənbənin məlumatına görə, məhkəmə 5-7 iyul tarixlərində hökmlər çıxarıb.

Bildirilir ki, azadlıqdan məhrum olunanların böyük əksəriyyəti Türkmənistanda fəaliyyət göstərən Türk liseylərinin keçmiş əməkdaşları və məzunlarıdırlar. Bundan öncə, mayın sonunda 50-dən çox kişinin də eyni ittiham ilə azadlıqdan məhrum olunmaları barədə xəbər yayılmışdı. Bildirilirdi ki, onların məhkəməsi qapalı keçirilib və onlara 20 ilədək həbs cəzası verilib.

«Gülənçi»lər hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i dəstəkləyənlər, onun davamçıları sayılır. Türkiyə hökuməti F.Gülen-i iyulun 15-də ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. F.Gülen bu iddiaları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun