Türkiyədə dövlət çevrilişinə cəhddən 1 il ötür

Türkiyədə dövlət çevrilişinə cəhddən 1 il ötür
16 İyul 2017
Mətni dəyiş

Türkiyədə dövlət çevrilişi cəhdindən bir il keçmiş hadisələrin ildönümü ilə bağlı tədbirlər təşkil olunmaqdadır.

Şənbə günü Türkiyə prezidentinin iştirakı ilə parlament iclası keçirilib.

Bundan əvvəl Britaniyanın "The Guardian" qəzetinə yazdığı məqaləsində Recep Tayyip Erdoğan çevriliş cəhdinin Qərblə Türkiyə arasında suallar yaratdığını deyib.

Onun sözlərinə görə özünü Türkiyənin müttəfiqi adlandıran ölkələr "Gülen tərəfindən idarə olunan təşkilatın" liderlərinə sığınacaq verir.

"Bu gün Qərb liderlərinin qarşısında bir seçim var: Ya terrorçuların yanında yer alacaqlar ya da türk xalqının hörmətini qaytaracaqlar".

Recep Tayyip Erdoğan həmçinin çevriliş cəhdi vaxtı əsgərlərin sakinlərlə üz-üzə gəldiyi İstanbul körpüsündə keçirilən nümayişə baş çəkməlidir.

2016-ci il iyulun 15-də bir qrup hərbçinin hakimiyyəti ələ keçirmək cəhdi nəticəsində 260 insan həlak olub. Daha 2,196 nəfər xəsarət alıb.

Bu hadisə ardınca 150 min rəsmi işdən azad olunub və çevrilişlə əlaqədə ittiham olunanların təqibləri davam edir.

Prezident Recep Tayyip Erdoğan siyasi opponentlərini susdurmaqda ittiham olunur.

Tənqidləri rədd edən hökumət bildirir ki, yalnız çevrilişə dəstək verənləri məsuliyyətə cəlb edir.

Təqiblər və 50 min nəfərin həbsi ölkədə müxalifəti hərəkətə gətirib.

Erdoğanın siyasəti əleyhinə Ankaradan İstanbula "Ədalət yürüşü" təşkil edən müxalifət lideri Kemal Kılıçdaroğlu çevrilişi pisləsə də deyir ki, onun ardınca atılmış addımlar elə "ikinci çevriliş" sayıla bilər.

Prezident yürüş iştirakçılarını terorçuluğa dəstəkdə ittiham edib.

man in suit walking past billboard with image of soldier, Turkish flag and words 15 Temmuz DestaniFotonun müəllifiAFP
Image captionİstanbulda 15 iyul hadisələrinə həsr olunan posterlər yerləşdirilib.

Türkiyə hakimiyyəti bildirir ki, çevriliş cəhdini ABŞ-da mənzillənən vaiz, Fethullah Gülen təşkil edib.

Bir vaxtlar Recep Tayyip Erdoğanın müttəfiqi sayılan ruhani iddiaların əsassız olduğunu deyir.

İstanbulda 15 iyul hadisələrinə həsr edilmiş posterlər yerləşdirilib.

Türkiyə prezidenti və onun tərəfdarları çevriliş cəhdinin qarşının alınmasını ölkənin yenidən dünyaya gəlməsi kimi dəyərləndirirlər.

Lakin Erdoğanın opponentləri müzəffər əhval-ruhiyyəni bölüşməyə o qədər də həvəsli deyillər, BBC müxbiri Mark Lowen xəbər verir.

Onun sözlərinə görə ötən ilki hadisələr ölkəni qütbləşdirib.

15 iyul çevriliş cəhdi - hadisələr necə inkişaf edib:

  • Türkiyə hərbçilərinin bir qrupu parlament binası və prezident sarayını bombalayaraq İstanbul və Ankara küçələrinə tanklar yeridib, hakimiyyəti devirməyə cəhd göstərir
  • Prezident Recep Tayyip Erdoğan insanları küçələrə çıxmağa səsləyir
  • Müxalifət liderləri və yüksək rütbəli hərbi komandirlər çevriliş cəhdini ictimai şəkildə qınayırlar
  • Hadisələrdə 260 nəfər həlak olur, 2 mindən çox insan isə xəsarət alır
  • Erdoğan Fetullah Gülenin Amerikadan ekstradisiyasını tələb edir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun