Türkiyə XİN: Bu hadisə Ermənistanın dinc sakinləri hədəfə aldığını göstərir

Türkiyə XİN: Bu hadisə Ermənistanın dinc sakinləri hədəfə aldığını göstərir
5 İyul 2017
Mətni dəyiş
Türkiyənin Xarici İşlər Nazirliyi Füzuli rayonunda ermənilərin dinc sakinləri öldürməsi hadisəsi ilə bağlı bəyanat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, iyulun 4-də Ermənistan silahlı bölmələri Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə kənd sakinlərindən 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olublar, bir qadın yaralanıb: “Bu hadisəni şiddətlə qınayırıq. Xain hücumda ölən azərbaycanlılara Allah rəhmət eləsin! Yaralanan qadına isə sağlamlığına qovuşmağı arzulayırıq. Bu mənfur hadisə Azərbaycan torpaqlarının beşdə birini işğal edən Ermənistanın cəbhə xəttində ağır silahlarla təxribat törətməsini, beynəlxalq hüquqa və insan haqlarına zidd olaraq, dinc sakinləri, xüsusilə uşaq və qadınları hədəfə aldığını göstərir”. İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun