Türkiyə ana müxalifətinin "Ədalət Yürüşü"nün 24-cü günüdür

Türkiyə ana müxalifətinin "Ədalət Yürüşü"nün 24-cü günüdür
8 İyul 2017
Mətni dəyiş

Bu gün Türkiyə ana müxalifət partiyası CHP liderinin başlatdığı "Ədalət Yürüşü"nün 24-cü günüdür.

Abzas.net xəbər verir ki, CHP lideri Kemal Kılıçdaroğlunun rəhbərliyi altında 15 iyunda Ankarada başlayan "Ədalət Yürüşünün 24-cü günü başladı.

Kılıçadaroğlu yürüşə başlamadan öncə qısa bir açıqlama verib. O, bildirib ki, Dragosdan Maltəpədəki mitinq meydanına qədər tək gedəcək. Qoşulmaq istəyən vətəndaşlara isə onu mitinq meydanında gözləmələrini xahiş edib.

CHP lideri mitinqlə əlaqədar bayraq mövzusunda da xəbərdarlıq edib.

"Yalnız Türk bayrağı, Atatürk posteri və ədalət bayrağı istəyirik. "Altı oxlu" bayrağı ("CHP"-nin bayrağı) belə istəmirik", - deyə, Kılıçdaroğlu insanları mitinqə başqa bayraq gətirməməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun