Trump-ın oğlu Senata ifadə verməyə hazır olduğunu bildirib

Trump-ın oğlu Senata ifadə verməyə hazır olduğunu bildirib
11 İyul 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump-ın böyük oğlu iyulun 10-da bildirib ki, ötənilki prezident seçkisinə Rusiyanın iddia edilən müdaxiləsini araşdıran Senat komitəsi qarşısında ifadə verməyə hazırdır.

Bundan əvvəl o, seçki kampaniyası zamanı rusiyalı vəkillə görüşdüyünü etiraf etmişdi.

Oğul Donald Trump bu barədə yazdığı tvitdə qeyd edir ki, “bildiklərini komitəyə deməyə hazırdır”.

ABŞ mediasının məlumatına görə, oğul Trump, eləcə də onun iki yoldaşı Nataliya Veseltinskaya ilə 2016-cı ilin iyununda Nyu Yorkdakı Trump Tower otelində görüşüblər.

Oğul Trump deyib ki, o, New York Timesqəzetinin yazdığına görə Kremllə əlaqəsi olan vəkillə, onun demokrat namizəd Hillary Clinton barədə ziyanlı informasiya vəd etməsinə görə görüşüb.

Qəzet yazırdı ki, bu görüşdə Trump-ın kürəkəni Jared Kushner və onun seçki kampaniyasının ovaxtkı sədri Paul Manafort da iştirak ediblər. New York Timesqəzetinin məqaləsində deyilirdi ki, bu, Trump-ın yaxın çevrəsinə daxil olanlarla Ruysiya vətəndaşının təsdiqini tapmış ilk görüş olub.

Hazırda xüsusi prokuror Robert Mueller və Konqres komitələri Rusiyanın ABŞ seçkisinə mümkün müdaxiləsini və Moskvanın Trump kampaniyası ilə mümkün işbirliyini araşdırır.

Moskva bu iddiaları rədd edir, Trump-sa bildirir ki, heç bir işbirliyi olmayıb.

Bundan əvvəl, iyulun 10-da ABŞ Senatının Kəşfiyyat Komitəsi oğul Donald Trump-ı komitə palatası qarşısında ifadə verməyə çağırmışdı.

Senator Susan Collins deyib ki, “biz həmin görüşdə iştirak edənləri danışdırmalıyıq”.

İyulun 10-da oğul Trump-ın ofisi bildirib ki, onu Rusiya ilə bağlı araşdırmada Nyu York vəkili Alan Futerfas təmsil edəcək.

Ağ Evin sözçüsü Sarah Sanders iyulun 10-da deyib ki, Veselnitskaya ilə görüşlə heç bir qanunsuzluğa yol verilməyib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə bildirib ki, sözü gedən rusiyalı vəkili Kremldə tanımırlar.

Vəkillə görüşü təşkil edən araçı isə deyib, bu işi Moskvadakı müştərilərindən biri olan müğənni və biznesmen Emin Ağalarovun ricası ilə görüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun