Şuşanın icra başçısı: "Erməniləri əlimizdən kimsə ala bilməyəcək”

Şuşanın icra başçısı: "Erməniləri əlimizdən kimsə ala bilməyəcək”
5 İyul 2017
Mətni dəyiş
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov cəbhədəki son vəziyyət və ötən gün Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması məsələsinə münasibət bildirib. B.Səfərov açıqlamasında deyib ki, bununla bir daha ermənilər terrorçu olduqlarını sübut ediblər: “Bütün Azərbaycan xalqı kimi mən də Ermənistanın cinayətkar rəhbərliyinə nifrət edirəm. Çünki onlar günahsız insanlarımıza qıyıblar, Azərbaycan ərazilərində terror aktları, soyqırımlar törədiblər. Artıq zaman yetişib, ermənilərə kimsə “dur!” deməlidir. Çox təəssüf ki, Ermənistana havadarlıq edən dövlətlər və beynəlxalq təşkilatlar bunu demirlər. Əgər ermənilərə “dur!” deyən olmayacaqsa, o zaman Ali Baş Komandanın əmri və Allahın köməyi ilə Azərbaycan ordusu ermənilərə “dur!” deyəcək, 2016-cı ilin aprel döyüşlərini təkrarlayacaq. Bu dəfə erməniləri əlimizdən kimsə ala bilməyəcək. O günahsız insanlarımızın da qanı yerdə qalmayacaq. Buna hər bir azərbaycanlı əmindir”. B.Səfərov qeyd edib ki, Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupunu saymır: “Ermənistanda həmsədrləri sayan yoxdur. Nə qədər ki, belə olacaq, Ermənistan öz bildiyi kimi hərəkət edəcək. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiya Ermənistana havadarlıq edir. Həmsədrlər budur da!”. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun