"Standard and Poor's" Azərbaycanın reytinqini mənfidə saxlayıb

"Standard and Poor's" Azərbaycanın reytinqini mənfidə saxlayıb
30 İyul 2017
Mətni dəyiş

"Standard and Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.

Agentliyin press-relizində deyilir ki, Azərbaycanın suveren kredit reytinqi dəyişdirilməyib.

"Standard and Poor's" Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və milli valyutada reytinini 'BB+/B' səviyyəsində saxlayıb. Bu "spekulyativ" səviyyə hesab edilir.

Reytinq mənfi proqnozludur

Agentliyin məlumatında Azərbaycanda tədiyə balansına təzyiqlərin olduğu ifadə edilir. Qurum hesab edir ki, bu təzyiq aradan qalxarsa, iqtisadi inkişaf göstəricilərində artım müşahidə olunarsa, bank sistemində sabitlik bərqərar olarsa, reytinq üzrə proqnoz müsbətə dəyişə bilər.

Maliyyə Nazirliyi də "Standard and Poor's"-un Azərbaycanın reytinqini dəyişməz saxlaması ilə bağlı məlumat yeyıb.

Nazirlik hesab edir ki, "Standard and Poor's"-un Azərbaycanın reytinqini dəyişməz saxlaması ölkənin möhkəm fiskal mövqeyi ilə bağlıdır.

Nazirlik reytinqin dəyişməz qalmasını həm də Dövlət Neft Fondunun xarici valyutada ehtiyyatlarının mövcudluğu ilə izah edib.

Xatırlatma

"Standard and Poor's" Azərbaycanın kredit reytinqinə ötən ilin əvvəlində baxıb endirmişdi.

Səbəb neftin qiymətinin düşməsi və xarici valyuta ehtiyatlarının azalması ilə izah edilirdi.

"Standard & Poor's" "Moody's" və "Fitch Ratings" ilə yanaşı dünyada üç ən nüfuzlu reytinq agentliyindən biridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun