Rusiya, Qazaxıstan və İranın hərbi gəmiləri Bakıya gəlib

Rusiya, Qazaxıstan və İranın hərbi gəmiləri Bakıya gəlib
24 İyul 2017
Mətni dəyiş

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Rusiya, Qazaxıstan və İran hərbi dəniz qüvvələrinin gəmiləri Bakıya toplaşıb.

Abzas.net Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri iyulun 23-də Bakıya gəlib.

Mətbuat xidməti bildirir ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.

“Dəniz Kuboku-2017” artilleriya atışı, gəminin davamlılığı uğrunda mübarizə, dəniz və xilasetmə hazırlığı üzrə yarışlardan ibarət olmaqla üç mərhələdə olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun