“Robinzon Kruzo” vəfat edib

“Robinzon Kruzo” vəfat edib
3 İyul 2017
Mətni dəyiş
İtaliyanın məşhur komediya aktyoru, rejissoru və ssenariçisi Paolo Villaco 85 yaşında Romada vəfat edib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda onun qızı Elizabet “Facebook” səhifəsində yazıb. Villaco keçmiş sovet kinosevərlərinə daha çox “Senyor Robinzon” filmndə oynadığı məhşur Robinzon Kruzo rolu ilə tanışdır. Bundan başqa, Uqo Fantotsiya adlı uğursuz mühasib obrazı ilə də yadda qalıb. İtaliyanın baş naziri Paolo Centiloni öz “Twitter” səhifəsində verdiyi başsağlığında Paolo Villaconu “bənzərsiz komik istedadı olan aktyor” adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun