Putin Qərbə qarşı sanksiyaların müddətini 2018-ci ilə qədər uzadıb

Putin Qərbə qarşı sanksiyaların müddətini 2018-ci ilə qədər uzadıb
3 İyul 2017
Mətni dəyiş

Putin Qərbə qarşı olan sanksiyaların müddətini 2018-ci ilə qədər uzadıb.

Abzas.net xəbər verir ki, Rusiya qərbin sanksiyalarına cavab olaraq əks tərəfə qoyulan sanksiyaların müddətini 2018-ci ilin sonuna qədər uzadıb.

Bir neçə gün öncə baş nazir Dmitriy Medvedev Avropa İttifaqının sanksiyaların müddətini uzatmasına cavab olaraq Rusiyanın da sanskiyaların müddətini artıra biləcəyini bildirərək, bu haqda müzakirələrin getdiyini qeyd etmişdi.

Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Avropa Birliyi və ABŞ Rusiyaya qarşı müxtəlif sahələr üzrə sanksiyalar tətbiq etdilər.

Avropa Birliyi və ABŞ sözügedən sanksiyaları 2014-cü ildə bir il müddətinə qoyub. Daha sonra 2015 və 2016-cı illərdə sanksiyaların tətbiqi uzadılıb.

Bu sanksiyalara cavab olaraq Rusiya da qərb ölkələrinə qarşı sanksiyalar tətbiq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun