"Pulu ancaq Əli Abbasovdan alıb ödəyə bilərəm" - "Rabitə işi"

"Pulu ancaq Əli Abbasovdan alıb ödəyə bilərəm" - "Rabitə işi"
12 İyul 2017
Mətni dəyiş

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Abzas.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Namazalı Məmmədovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını tələb edib.

"Çünki təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ziyanın ödənilməsi ilə bağlı addımlar atılır", - deyə Rabitə Nazirliyinin nümayəndəsi Vüqar Babayev bildirib və "Azərpoçt"un sabiq rəhbəri Qəmbər Bəybalayeva bir müddət vaxt verilməsini istəyib.

Təqsirləndirilən 11 şəxsdən 10-u artıq dövlətə vurduğu ziyanı tam ödəyiblər. Yalnız Qəmbər Bəybalayevin dövlətə 2 milyon borcu qalıb.

Vidadi Zeynalovun vurduğu ziyanı tam ödəməsi ilə bağlı qəbz vəkili Bəylər Məmişov tərəfindən məhkəməyə təqdim edib.

Hakim hələ Vidadi Zeynalovun vəkili Muğam Əliyevin çıxışının qaldığını qeyd etsə də, sabiq aparat rəhbəri vəkildən imtina etdiyini bildirib.

"Azərpoçt"un sabiq rəhbəri Qəmbər Bəybalayev çıxışında dəymiş ziyanı ödəməyə pulun olmadığını bildirib: "Burdakılar da deyir ki, ödəməyə pulun yoxdursa məhkəməni uzatma."

"Əli Abbasov 2 dəfə pulu ödəmək istədi, qəbul etmirlər. Burda oturanların heç birinin günahı yoxdur. Korrupsiya İdarəsi bizim işimizi gördü.  Rabitə sahəsinin bütün işlərində çalışmışam. Atla, eşşəklə ölkənin bütün yerlərində çalışmışam. Mənim pulum yoxdur. Mən heç nə yeməmişəm. Heç kim mənə sübut edə bilməz ki, bir qəpik artıq pul yemişəm. Kişi kimi işləmişəm. Pul ödəməyəcəyəm. Dostlarıma da deyirəm ki, mənim yerimə pul ödəməyin. Çünki pulu qaytara bilməyəcəyəm. Bir yolla qaytara bilərəm ki, Əli Abbasovdan pul alıb verə bilərəm", - deyə Bəybalayev çıxışında bildirib.

Növbəti məhkəmə iclası iyulun 19-a təyin edilib.

Xatırlatma

Prokuror Fərid Nağıyev çıxışı zamanı  Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə 8 il, "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədova və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayevə 10 istəyib.

Bundan əlavə prokuror digər təqsirləndirilən şəxslər - "Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevə, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova "Aztelekom"MMC-in direktoru Məhəmməd Məmmədov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova , “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun hər birinin barəsində  5  il 11 ay cəza istəyib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tədbiq edilsin və 3 sınaq müddəti seçilməsini tələb edib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun