Pakistanda partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb

Pakistanda partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb
24 İyul 2017
Mətni dəyiş

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.

"GeoTV"-nin məlumatına görə, bunu polis idarəsindən bildiriblər.

Partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib.

Polis idarəsindən bildirilib ki, partlayışı intiharçı-kamikadze törədib.

Məlumata görə, 32 yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən azı 3-ü polis əməkdaşıdır. Yaralılar arasında asayiş keşikçiləri də var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun