"Övladlarımı İlham Əliyevin ayağının altında qurban etməyə hazıram" [Fotolar]

"Övladlarımı İlham Əliyevin ayağının altında qurban etməyə hazıram" [Fotolar]
12 İyul 2017
Mətni dəyiş

Vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov oğlu ilə bağlı açıqlama verib. 

Sabiq rəis müavini işdən çıxarılmağına da münasibət bildirib. General deyib ki, onun işdən çıxarılmağının səbəbi bəllidir. Bildirib ki, onun 3 övladı var.

"Cənab prezidentə heç bir iradım yoxdur"

"Hər üçünün də canını cənab prezidentin ayağının altında qurban etməyə hazıram. Çünki dövlət başçımız mənə yüksək vəzifə və rütbə verdi. Mənim Ali Hərbi Məktəbdə təhsil almağım üçün göstərişi onun atası, ulu öndərimiz Heydər Əliyev vermişdi. Ümumilli liderimizin və prezident İlham Əliyevin mənim üzərimdə zəhməti çoxdur.

İşdən azad olunmağıma gəlincə, cənab prezidentə heç bir iradım yoxdur. Vəzifəni verən də, vəzifədən çıxaran da o kişidir. Allah canın sağ eləsin cənab prezidentin. Bir daha qeyd edirəm ki, mənim canım da, həyatım da, balalarımda cənab prezidentə qurbandır”.

Novruzəli Orucov oğlu ilə bağlı yayılan xəbərlərdən də danışıb. Bildirib ki, oğluna görə İlham Əliyev onu bir dəfə xəbərdar etmişdi, bu dəfə artıq cəzalandırıb. 

“Mən 6 yaşımda atamı itirmişəm. Ailəmiz çox kasıb vəziyyətdə yaşayıb. Fəhlə də işləmişəm, günü 2 manat pula işləyirdim ki başsız ailəmizi dolandırım. Çətinliklərlə yaşayıb böyümüşəm. Öz gücümə təhsil almışam. Birincə dəfə cənab Prezident “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini Mübariz Mədətovu oğlu Xalid Mədətovun əməllərinə görə işdən çıxaranda mənə dəymədi. Xidmətlərimi nəzərə aldı, bu dəfə isə bağışlamadı. Oğlum dünya paraşutdan tullanma üzrə rekordçudur, general Dadaş Rzayevlə bərabər tullanıb. Nə edək olmamalı idi oldu. Polis akademiyasında oxuyurdu. Adam vurduqdan sonra ordan çıxartdılar”.

General çox peşman olduğunu bildirib. Deyib ki, gərək oğlunu cəzalandırardı, döyərdi: 

“Çox peşmanam. Gərək onu cəzalandırardım, döyərdim. Cənab prezidentdən çox razıyam, dediyim kimi birinci dəfə mənə dəymədi. Allah onun balalarını saxlasın. Qoy bu hadisədən bütün genarallarımız, zabitlərimiz, yüksək rütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Yenə də deyirəm, cənab prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə də cəzalandırdı”.

Yazının hazırlanmasında unikal.org və qafqazinfo.az saytlarının məlumatlarından istifadə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun