"Ölkəmizdə insan oğrusuna həbsdə də xoş gün yaşadılır" - Çovdarov soyuducuları alıb?

"Ölkəmizdə insan oğrusuna həbsdə də xoş gün yaşadılır" - Çovdarov soyuducuları alıb?
29 İyul 2017
Mətni dəyiş

Həbsdə olan jurnalist Əfqan Muxtarlının səhhətindəki problemlər davam edir. Vəkillərin, hüquqmüdafiəçilərinin məlumatına görə, buna səbəb ona dərmanlarının verilməməsi və saxlanılma şəraitidir.   

Abzas.net xəbər verir ki, bu barədə jurnalist Xədicə İsmayıl da məlumat yayıb. O bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanası Əfqan Muxtarlıya nə yeməklərini isitməyə, nə də soyuducuda saxlamağa imkan verirlər:

"1 saylı Bakı İstintaq Təcridxanasının işçilərinin Akif Çovdarova, ya da onun puluna olan sevgisi ucbatından Əfqan Muxtarlının yeməyini saxlamaq üçün soyuducuda yer yoxdur".

Həbsxana işçilərinin Akif Çovdarov, yaxud pul sevgisi

X.İsmayıl bildirib ki, həbs olunan jurnalist diabetli şəkər olduğuna görə, xüsusi yeməklər qəbul etməlidir. Amma onun nə plitkası var ki, yeməyi isti yesin, nə soyuducuya yemək götürürlər ki, təzə qalsın.

"Bütün bu imtiyazlar və daha artığı Akif Çovdarova tanınıb. Beləcə ölkəmizdə insan oğrusuna hətta həbsdə də xoş gün yaşadılır".

[caption id="attachment_41771" align="aligncenter" width="1156"] Əfqan Muxtarlı[/caption]

Qeyri-iş günü olduğundan Penitensiar Xidmətin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmadı. Mövzunu davam etdirəcəyik.

Xatırlatma

Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycan sərhəddində həbs edilib. Ə.Muxtarlının bildirdiyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun sözlərinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun