Nemtsovun qatilinə hökm oxunub

Moskva Hərbi Məhkəməsi tanınmış rusiyalı müxalifətçi Boris Nemtsovun qatili Zaur Dadayevə və cinayətin digər iştirakçılarına hökm oxuyub.

Hökmə əsasən, Dadayev 20 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ağır tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə həmçinin Dadayevi leytenant rütbəsindən məhrum edib və üzərinə 100 min rubl cərimə ödəmək öhdəliyi qoyub.

İş üzrə digər 4 təqsirləndirilən də cinayətin iştirakçısı kimi azadlıqdan məhrum edilib. Anzor Qubaşev 19, Şadid Qubaşev 16, Temirlan Əskərxanov 14, Xamzat Baxayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Onların da ağır tipli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verilib və hər birinə 100 min rubl cərimə kəsilib.

Dörd nəfəririn heç biri ittihamı qəbul etməyib.

Tərəflər şikayət verməsə, hökm 10 gün ərzində qüvvəyə minəcək.

Xatırladaq ki, Nemtsov 2015-ci il fevralın 27-də qətlə yetirilib