Mövsüm Səmədovun vəkilinin vəsatəti təmin edilməyib

Mövsüm Səmədovun vəkilinin vəsatəti təmin edilməyib
10 İyul 2017
Mətni dəyiş
İyulun 10-da Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə İslam Partiyasının sədri Mövsüm Səmədovun Qaradağ Rayon Məhkəməsindən verdiyi şikayətə baxılıb. Prosesə Mövsüm Səmədovun özü də gətirilib. Bu barədə Meydan TV-ni məlumatlandıran vəkil Yalçın İmanov əlavə sübutların tələb olunması ilə bağlı vəsatət verdiyini söyləyib: "Mövsüm Səmədov da vəsatəti müdafiə edərək bildirdi ki, Apelyasiya Məhkəməsi əlavə sübutları tələb etsin və iş üzrə araşdırma aparılsın. Lakin hakim bu vəsatəti təmin etmədi, məhkəmə araşdırması və əlavə sübutlar tələb edilmədən apelyasiya şikayətinə baxılmalı olduğunu bildirdi". Növbəti proses  iyulun 17-də keçiriləcək. 12 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı əsasında Mövsüm Səmədov Qobustan həbsxanasına köçürülüb. Məhkəmənin bu barədə qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edilib. Mövsüm Səmədov 2011-ci ilin yanvarında həbs olunub. Terrorçuluqda, hakimiyyəti zorla ələ keçirməyə cəhddə və digər cinayətlərdə ittiham olunan partiya sədri 12 il azadlıqdan məhrum edilib. 2014-cü ilin payızında onun saxlanma şəraiti ağırlaşdırılıb və iki il müddətinə Qobustan həbsxanasına göndərilib. 2016-ci il noyabrın 28-də, o, əvvəllər saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb və ertəsi gün dərhal onu 15 günlük karserə, sonradan da bir neçə dəfə cəza kamerasına salıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun