Məşhur aktyor Martin Landau 89 yaşında vəfat edib

Məşhur aktyor Martin Landau 89 yaşında vəfat edib
17 İyul 2017
Mətni dəyiş

1994-cü ildə çəkilmiş "Ed Wood" filmində yaratdığı Bela Luqosi roluna görə Oskar mükafatına layiq görülən Amerika kino-aktyoru Martin Landau 89 yaşında vəfat edib.

Landaunun publisisti onun şənbə günü Los Ancelesdə adının açıqlanmadığı xəstəliyin fəsadlarından keçindiyini deyib.

Sabiq karikatura ustası Landau 1950-ci illərdə aktyorluğa başlayıb.

O, 1960-cı illərdə “Mission: Impossible” casus dram filmində mütəxəssis obrazını yaratmaqla ulduz olub.

Bundan sonra o, rejissor Ed Vuddan bəhs edən bioqrafik filmdə yaşlı, narkotikdən asılı Luqosi obrazı da daxil olmaqla, bir sıra film və televiziya şoularında rol alıb.

Landau "Tucker: A Man and His Dreams" və "Crimes and Misdemeanors" adlı iki filmə görə də Oskara nominasiya edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun