Mərkəzi Afrika Respublikasında yol qəzasında 78 nəfər ölüb, 72 nəfər xəsarət alıb

Mərkəzi Afrika Respublikasında yol qəzasında 78 nəfər ölüb, 72 nəfər xəsarət alıb
6 İyul 2017
Mətni dəyiş
Mərkəzi Afrika Respublikasında dəhşətli yol qəzası baş verib. "Reuters" agentliyinin verdiyi məlumata görə,  Bambarı şəhəri yaxınlığında yük maşınının aşması nəticəsində 78 nəfər ölüb, 72 nəfər xəsarət alıb. “Hazırda 78 nəfərin öldüyünü, 72 nəfərin isə yaralandığını təsdiqləyə bilərik. Yaralıların bəziləri qohumları tərəfindən evlərinə çatdırıldıqdan sonra keçiniblər”, deyə Bambarı şəhər xəstəxanasının baş həkimi bildirib. İlkin məlumata əsasən, qəzaya səbəb yük maşınının həddən artıq yüklənməsi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun