İyul ayında qızıl 2.2 faiz bahalaşıb

İyul ayında qızıl 2.2 faiz bahalaşıb
31 İyul 2017
Mətni dəyiş

Qızılın qiyməti, ABŞ Mərkəzi Bankı Fed-in faizi ləng artıracağı gözləntisinin Dolları zəiflətməsinin təsirilə qalxır.

Qızıl Fevral ayından bu yana ən böyük aylıq bahalaşmasına yönəlib və qiymət altı həftənin ən yüksək səviyyəsi yaxınlığındadır.

Qızıl bu ay 2.2 faiz bahalaşıb və bu, Fevral ayındakı 3.1%-lik artımdan bu yana ən yüksək qiymət atımına işarə edir.

Metalın unsiyası 1271.23 dollar ilə 14 İyundan bu yana ən yüksək səviyyəsini görəndən sonra, çox dəyişməyərək, Bakı vaxtı ilə saatı ilə 08:25-də 1,268.22 dollardan alıcı tapıb.

ABŞ-da ÜDM gözləniləndən zəif artıb və inflyasiya durğun vəziyyətdə qalır.  Bu vəziyyət Fed-in faiz artıracağı gözləntilərini zəiflədib. Qızılın yaxın perspektivdə daha da bahalaşması potensialı var.

Bloomberg Dollar Spot İndeksi Cümə günü, ABŞ-da inkişafın 2-ci rübdə gözləniləndən aşağı çıxdığını göstərən rəqəmdən sonra, 2016-cı ilin May ayından bu yana ən aşağı səviyyəsindən bağlanıb. İndeks bu ay 2.2 faiz düşüb. Ümumiyyətlə, Dollar indeksi ardıcıl beş aydır düşür.

ABŞ iqtisadiyyatının 2-ci rübdə 2.7 faiz artacağı gözlənsə də, 2.6 faiz artdığı açıqlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun