İstanbulun hava limanında iki təyyarə toqquşub

İstanbulun hava limanında iki təyyarə toqquşub
27 İyul 2017
Mətni dəyiş

"Turkish Airlines" şirkətinin təyyarəsinin quyruq hissəsi İstanbul hava limanında digər hava gəmisi ilə toqquşması nəticəsində zədələnib.

Bunu "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Atatürk" hava limanından Aktauya yollanan Qazaxstanın "Scat" aviaşirkətinin təyyarəsi uçuş-enmə zolağında Türkiyə aviaşirkətinin təyyarəsi ilə toqquşub. Qazaxıstan təyyarəsi Türkiyə təyyarəsinin quyruq hissəsinə toxunub.

"Turkish Airlines" təyyarəsinin uçuşu ləğv olunub, 286 nəfər sərnişin isə Taybey şəhərinə digər təyyarə ilə uçub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun