"Ermənistan və Azərbaycan xalqları artıq 25 ildir davam edən münaqişədən yorğundurlar"

"Ermənistan və Azərbaycan xalqları artıq 25 ildir davam edən münaqişədən yorğundurlar"
28 İyul 2017
Mətni dəyiş
İyulun 27-də Ermənistan-Azərbaycan Sülh Platformasının ofisində platformanın həmkoordinatorları məşhur fransız yazıçısı Jerar Kardon ilə görüşüblər. Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, platformanın Ermənistandan olan həmkoordinatoru S. Caginyan Sülh Platforması barədə danışıb. O, Ermənistan və Azərbaycan xalqlarının artıq 25 ildir davam edən münaqişədən yorğun olduqlarını, millətlərin sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini, valideynlərin övladlarını bu münaqişədə itirmək istəmədiklərini söyləyib. Sülh Platformasının Azərbaycandan olan həmkoordinatoru Orxan Nəbiyev platformanın əsas məqsədləri, prinsipləri və gələcək planları haqqında danışıb, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vətəndaş diplomatiyasının rolundan bəhs edib. Eyni zamanda sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın, xüsusilə ATƏT-nin Minsk Qrupunun vacibliyini qeyd edib. J. Kardon münaqişənin sülh yolu ilə həlli üçün ilkin olaraq Ermənistan və Azərbaycan xalqları arasında əlaqələrin vacib olduğunu qeyd edib, bunun üçün İkinci Dünya müharibəsindən sonra Fransa və Almaniya arasında başlayan barışıq prosesinə nəzər salmağı məsləhət görüb. Aqressiv ritorikanın davamının iki xalq arasında anlaşma əldə edilməsinə problem yaratdığını vurğulayan fransız yazıçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bütün regionun inkişafına səbəb olacaq. J. Kardon Sülh Platformasının fəaliyyətini və bu sahədə potensial gələcək töhfəsini yüksək qiymətləndirib, Sülh Platformasının Fransa ilə əlaqələr yaratmasına yardım edəcəyinə söz verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun