DXR-ın rəhbəri yeni Malorossiya dövlətinin yaradıldığını elan edib

DXR-in rəhbəri yeni dövlətin yaradılışı barədə elan verib.

Abzas.net xəbər verir ki, özünü elan etmiş Donetsk xalq respublikasının rəhbəri Aleksandr Zaxarçenko yeni Malorossiya adlı dövlətin yaradıldğını elan edib.

Dövlət Ukrayna sərhədləri daxilində yaradılıb. Donetsk şəhəri Malorossiyanın paytaxtı elan edilib. Kiyev isə “tarixi-mədəni mərkəz” olaraq qalacaq.

Zaxarçenkonun sözlərinə görə, dövlətin yenidən qurulması Ukrayna ərazisində müharibənin sona çatmasına şərait yaradacaq. Bununla yanaşı onun fikrincə, Ukrayna adının özü özünü etibarsız hala gətirib.

Həmçinin Zaxarçenko yeni dövlətdə 3 il müddətinə fövqəladə vəziyyət tətbiq olunmasını təklif edib. Bu müddətdə siyasi partiyaların fəaliyyəti qadağan olunacaq. Eyni zamanda “Odessada, Maydanda, Donbassda baş vermiş cinayətlər” araşdırılacaq.

Aleksandr Zaxarçenko jurnalistlərə açıqlamasında bildirib ki, Malorossiyanın yaradılmasına “keçmiş Ukraynanın müxtəlif regionlarından olan nümayəndələr” təşəbbüs göstərib. O, konkret hansı regionlardan danışdığını deməyib.

Bundan əlavə DXR-in rəhbəri qeyd edib ki, bu proektin həyata keçirilməsi üçün Ukrayna yaşayan insanların və beynəlxalq cəmiyyətin dəstəyi lazım olacaq.