DSX sərhəd xətti ilə bağlı məlumat yayıb

DSX sərhəd xətti ilə bağlı məlumat yayıb
19 İyul 2017
Mətni dəyiş
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) Gürcüstan sərhədçilərinin sərhəd xəttini 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə yayılan məlumatlara münasibət bildirib.
DSX-nin yaydığı məlumatda bildirilir ki, bu xəbərlər həqiqətə uyğun deyil və internet resurslarında bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.
Qeyd edək ki, son günlər bəzi xəbər saytlarında Gürcüstan sərhədçilərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumat yayılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun