Dövlət qulluğuna test imtahanları ilə bağlı dəyişikliklər edilib

Dövlət qulluğuna test imtahanları ilə bağlı dəyişikliklər edilib
10 İyul 2017
Mətni dəyiş
Dövlət qulluğuna test imtahanlarının növləri ilə bağlı dəyişikliklər edilib. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Vüqar Əsgərov məlumat verib. O bildirib ki, dövlət qulluğunun test imtahan mərhələlərində açıq tipli və esse tipli testlərdən istifadə olunacaq. V. Əsgərov qeyd edib ki, vakant vəzifənin tutulması barədə qərar vakant vəzifələrin yarandığı gündən bir ay müddətinə verilir: “Vakant vəzifə daxili müsahibə nəticəsində tutulmadıqda 30 gün müddətində ümumi müsahibə barədə qərar qəbul edilir. Vakant vəzifə ümumi müsahibə nəticəsində tutulmadıqda müsabiqə keçirilir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun