Donbas döyüşlərində 2700-dən çox hərbçi həlak olub

Donbas döyüşlərində 2700-dən çox hərbçi həlak olub
4 İyul 2017
Mətni dəyiş

Donbas döyüşləri zamanı 2.7 min hərbçinin həlak olduğunu bildirib.

Abzas.net xəbər verir ki, Donbasda döyüşlərin başladığı gündən indiyə qədər 2.7 mindən çox hərbçi həlak olub, 10 mindən çox hərbçi isə yaralanıb. Bu barədə ikinci gün baş tutan "Rouz Rota" seminarında Ukrayna müdafiə nazirinin birinci müavini İvan Rusnak məlumat verib.

"Elan olunmamış müharibə" artıq çox sayda ukraynalının həyatına son qoyub, o cümlədən 2 min 700 hərbçinin. Bundan əlavə 10 mindən çox hərbçi yaralanıb" - UNN agentliyi Rusnak-a istinadən bildirib.

Hakimiyyətin məlumatına görə bu il Donbasda 120 hərbçi və 47 mülki şəxs həlak olub, təxminən 900 hərbçi və 100 mülki şəxs isə yaralanıb.

Bundan əlavə Rusnak Donbasdakı münaqişənin nəticəsində əmələ gələn iqtisadi itki 50 mlrd dollar təşkil edir.

"Ukraynanın şərqində enerji, nəqliyyat, sosial və digər infrastrukturların obyektləri dağıdılıb. İnsanlar işsiz qalıb. Təxmini hesablamalara görə Ukraynanın birbaşa itkiləri 50 mlrd ABŞ dolları təşkil edir", - deyə Rusnak bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun