“Differdanj” - “Zirə” matçının hakimləri açıqlanıb

“Differdanj” - “Zirə” matçının hakimləri açıqlanıb
3 İyul 2017
Mətni dəyiş
“Zirə” komandasının futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq təmsilçisi “Differdanj”la cavab matçını idarə edəcək hakimlər açıqlanıb. “Report”un məlumatına görə, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunda slovakiyalı hakimlər iş başında olacaqlar. “Munsipial de Differdanj” stadionunda keçiriləcək qarşılaşmanı Boris Marhefka idarə edəcək. Ona Tomaş Vorel və Yan Pozor köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Pavol Xmura yerinə yetirəcək. Qeyd edək ki, bu kollektivlər arasında Bakıda baş tutan ilk matçda “Zirə” rəqibini 2:0 hesabı ilə məğlub edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun