"Devalvasiya ARDNF-dən büdcəyə transfertləri azaltmağa imkan verib" - Hesablama Palatası

"Devalvasiya ARDNF-dən büdcəyə transfertləri azaltmağa imkan verib" - Hesablama Palatası
3 İyul 2017
Mətni dəyiş
2015-ci ilin dövlət büdcəsinin icrası və 2016-cı ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının rəylərində 2015-ci ildə ölkənin valyuta ehtiyatlarının zəruri həcmdə qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank (AMB) tərəfindən manatın 2015-ci ilin fevral və dekabr aylarında tətbiq edilən devalvasiyanı və məzənnə rejiminin dəyişdirildiyini nəzərə alaraq AMB-nin balansında olan xarici valyutanın yenidən qiymətləndirilməsi nəticəsində əhəmiyyətli dərəcədə mənfəətlik yaranması ehtimalı vurğulanıb.
"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.
Nəzərdə tutulmuş dəyişikliklər hesabına dövlət büdcəsinin gəlirlərində Dövlət Neft Fondundan (ARDNF) transfertin xüsusi çəkisi 2016-cı ilin icra göstəricisi ilə müqayisədə 6,6%, 2017-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 0,6% azalacaq ki, bu da müsbət meyl kimi qiymətləndirilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun