Cühmuriyyət qəzetinin 7 nəfər jurnalisti buraxıldı, 4-ü həbsdə qaldı [video]

Cühmuriyyət qəzetinin 7 nəfər jurnalisti buraxıldı, 4-ü həbsdə qaldı [video]
29 İyul 2017
Mətni dəyiş

Türkiyədə "Cumhuriyyet" qəzetinin əməkdaşlarının məhkəməsi olub.

Türkiyə məhkəməsi cümə günü müxalifət qəzetinin dörd tanınmış nümayəndəsinin həbsdə qalması qərarını verib. Qəzetin məhkəmə önünə çıxarılmış digər yeddi əməkdaşı isə azadlığa buraxılıb. Tənqidçilər bu məhkəməni prezident Rəcəb Tayyib Ərdoğanın azad mətbuata qarşı hücumu adlandırır.

Bazar ertəsi keçirilən ilk dinləmədən bəri yüzlərlə insan İstanbulun mərkəzində yerləşən məhkəmənin önündə sekulyar Cümhuriyyet qəzetinin əməkdaşlarına açılmış məhkəmə işinə qarşı etiraz aksiyalarında iştirak edib.

Məhkəmə ittihamların ağırlığını əsas gətirərərək, Cümhuriyyet qəzetinin icra komitəsinin sədri Akın Atalay, baş redaktor Murat Sabunçu, müxbirlər Kadri Gürsel və Ahmet Şıkın sentyabrın 11-i keçiriləcək növbəti dinləmələrə qədər həbsdə saxlanılması qərarı verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun