Çin hökuməti 'WhatsApp'-ı bloklamağa başlayıb

Çin hökuməti 'WhatsApp'-ı bloklamağa başlayıb
19 İyul 2017
Mətni dəyiş

Çin hakimiyyəti ən çox istifadə olunan mesencerlərdən olan "WhatsApp"-ı bloklamağa başlayıb. Bu barədə "The New York Times" məlumat yayıb.  

Abzas.net xəbər verir ki, Çin hakimiyyəti "WhatsApp"-ı mərhələli şəkildə bloklamağa başlayıb. Bloklamaq qərarı ölkə hakimiyyəti tərəfindən verilib.

Mərhələli bloklanmanı ekspertlər də təsdiqləyib.

Qəzetin məlumatına görə, bir çox istifadəçilər şəkil və video göndərmək imkanından məhrum olublar. Bəziləri isə hətta ən adi məktubu belə göndərə bilmirlər.

"WhatsApp" nüməyəndələri bloklanmanı hələ ki şərh etməyiblər.

"WhatsApp", Çində 2009-cu ildən qadağan olunmuş "Facebook"-a məxsusdur.

2014-cü ildə Çin rəhbərliyi şirkətin daha bir servisi olan "Instagram"-ı da bloklayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun