Çeçenistanda 28 nəfər məhkəməsiz edam olunub?

Çeçenistanda 28 nəfər məhkəməsiz edam olunub?
10 İyul 2017
Mətni dəyiş

2017-ci il yanvarın 26-da Çeçenistanda 27 nəfərin məhkəməsiz, gizlicə öldürüldüyü güman edilir.

Azadlıq Radiosu Rusiya xidmətinin məlumatına görə, bu barədə “Novaya qazeta” iki mənbəə istinadla xəbər yayıb.

Qəzetin bu mənbələrinin Rusiya İstintaq komitəsi və respublika administrasiyasından olduğu bildirilir.

Amma “Novaya qazeta” məhkəməsiz edamların səbəbini bilmir.

Jurnalistlərdə olan məlumata görə 2016-cı il dekabrın 17-dən sonra Çeçenistanda keçirilən kütləvi reydlər zamanı hüquq-mühavizə orqanlarının əlinə ümumilikdə 27 nəfər keçib.

Yazıda bildirilir ki, onların barəsində rəsmi protokollar tərtib olunmayıb və onlara qarşı ittiham irəli sürülməyib.

Məlumata görə həbs olunanlar zirzəmilər və polis şöbələrinin xüsusi məntəqələrinə salınıblar.

Çeçenistan daxili işlər nazirliyindəki mənbə redaksiyaya saxlanmış 28 Şali sakininin adlarını verib.

Jurnalistlər onların ünvanlarını dəqiqləşdirsələr də hələlik həmin insanların taleyi barədə dəlillər aşkar edə bilməyiblər.

“Bu insanların taleyi barədə nəsə bilmək cəhdlərimiz həmsöhbətlərimizin inanılmaz qorxusu ilə qarşılandı.

Onlardan biri, Şali şəhər administrasiyasının əməkdaşıtəlaş içində bizim müəyyən elədiyimiz adlarla tanış olmaqdan imtina elədi və dedi: “Yanvarda Şalidə saxlananların hamısı artıq yoxdur. Axtarmayın “,qəzet yazır.

Çeçenistanın milli siyasət məsələləri üzrə naziri Cambulat Umarov “Dojd” televiziya kanalına “Ria Novosti”nin məlumatını təkzib edib, bunu qeyri-sağlam fantaziya adlandırıb.

Qeyd: 2016-cı il dekabrın 17-də bir qrup gənc, tanış polis əməkdaşını öldürüblər.

Hüvcum edənlər polis maşınını qaçırıblar və qaçarkən həmin maşınla dah bir yol polisini vurublar. 3 saxlanan şəxs də daxil olmaqla, hücum edənlərin hamısı öldürülüb.

“Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına görə, onların hamısını Qroznı xəstəxanasında güllələyiblər.

Bundan sonra bütün Çeçenistan üzrə kütləvi həbslər aparılıb, həmçinin iki əks-terror əməliyyatı keçirilib.

Xatırlatma

"Novaya gazeta" bundan əvvəl Çeçenistanda qeyri-ənənəvi cinsi oriyentasiyaya görə şübhəli bilinən sakinlərin kütləvi saxlandığını yazmışdı.

Qəzet artıq yüzlərlə kişinin saxlandığını qeyd edir. Qəzetə qətlə yetirilən üç nəfərin adı bəlli olsa da, qurbanların daha çox olduğu vurğulanır.

Həbslər barədə məlumatlar artıq Çeçenistan Respublikasının XİN-i, respublika rəhbərinin administrasiyası, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Çeçenistan üzrə idarəsi, Çeçenistan prokurorluğu və yerli LGBT fəalları tərəfindən təsdiqlənib. Fəalların bəziləri həbsdən buraxılan kimi ölkəni tərk ediblər. Bəziləri isə dostları və yaxınlarının həbsindən sonra ölkədən gediblər. Həbslər təkcə Qroznıda yox, müxtəlif yaşayış məntəqələrində aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun