Cəbhədə gərginlik artıb, bir əsgər həyatını itirib

Cəbhədə gərginlik artıb, bir əsgər həyatını itirib
30 İyul 2017
Mətni dəyiş

İyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan atəşə məruz qalıb. 

Abzas.net Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Atışma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseyn Zakir oğlu Əkbərli həyatını itirib.

"Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görüləcəkdir" - deyə məlumatda bildirilir.

Ermənistan tərəfdən hər hansı itki barədə məlumat yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun