Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
11 İyul 2017
Mətni dəyiş
"Qaz İxrac” İdarəsinin magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.
"Azəriqaz" İB-dən Abzas.net-ə verilən məlumata görə, iyulun 10-dan 12-dək diametri 1020 mm-lik "Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 323 və 340-cı kilometrlərində təmir işlərinin aparılması ilə əlaqədar Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.
"Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun