Bu gün Brusseldə Məmmədyarov və Nalbandyan arasında görüş baş tutacaq

Bu gün Brusseldə Məmmədyarov və Nalbandyan arasında görüş baş tutacaq
11 İyul 2017
Mətni dəyiş

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Edvard Nalbandyan bu gün Brüsseldə görüş keçirəcək.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin "Twitter" hesabında məlumat verilib.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü və iştirakı ilə keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyi Elmar Məmmədyarov və  Edvard Nalbandyanın Brüsseldə görüşəcəyini təsdiqləyib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Görüş yerli vaxtla 19.00-da baş tutacaq.

Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun