Beynəlxalq İşçi Qrupun həmsədrləri Daqlıq Qarabağa gedib

Beynəlxalq İşçi Qrupun həmsədrləri Daqlıq Qarabağa gedib
17 İyul 2017
Mətni dəyiş

Qarabağ münaqişəsində İtkin Düşmüş Şəxslərin Axtarılrması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupun həmsədrləri Svetlana Qannuşkina, Paata Zakareişvili, Bernhard Klazen 17-18 iyulda sülhyaratma fəaliyyətlərini davam etdirmək üçün Dağlıq Qarabağda əlaqələrin bərpa olunması məqsədilə Xankəndi şəhərinə səfər edib.

Bu barədə İtkin Düşmüş Şəxslərin Axtarılrması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupun üzvü Əvəz Həsənov Amerikanın Səsinə bildirib.

Beynəlxalq İşçi Qrup 2017-ci ilin yanvar ayında Bakıda səfərdə olub, Azərbaycanın rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

İyulun 15-də Ermənistanın İtkin Düşmüş Şəxslər, Əsir və Girovlarla iş üzrə Dövlət Komissiyası Beynəlxalq İşçi Qrupun nümayəndəsini qəbul edib.

Həsənovun sözlərinə görə, həmsədrlərin Dağlıq Qarabağa səfərindən sonra Azərbaycana səfər edəcəyi gözlənilir.

Beynəlxalq İşçi Qrupunun nümayəndələri sülhyaratrma fəaliyyətinə 90-cı illərin əvvəllərində başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun