Bavariyada baş vermiş yol-nəqliyyat hadisəsində 18 nəfər həlak olub

Bavariyada baş vermiş yol-nəqliyyat hadisəsində 18 nəfər həlak olub
3 İyul 2017
Mətni dəyiş
Bavariyada baş vermiş yol-nəqliyyat hadisəsində 18 nəfər həlak olub.
Abzas.net xəbər verir ki, Bavariyada avtobusun iştirakı ilə baş vermiş yol faciəsində 18 nəfər həlak olub. Avtobusun içində, yanmağa başlayarkən məhz bu sayda insan olub. Bu barədə Bavariya polisi məlumat yayıb. Həlak olanların son sayı ölənlərin kimliyi müəyyən olunduqdan sonra bilinəcək.
Faciə nəticəsində həmçinin 30 nəfər xəsarət alıb. Onlardan bəzilərinin yaraları ağırdı.
Faciə 3 iyul, səhər saat 7-də, Münhberq yaxımlığında baş verib. Avtobus yük daşıyan maşınla toqquşaraq yanmağa başlayıb. Toqquşmanın səbəbləri hələlik bəlli deyil, çünki A9 yolunda hərəkət yavaş olub. İndi yolun cənub istiqamətində hərəkəti məhdudlaşdırlıb.
Qəza zamanı avtobusda iki sürücü və 46 sərnişin olub. Polisin məlumatına görə, avtobusda istirahətə gedən təqaüdçülər olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun