Bakı Ağır Cinayətlər Məhkəməsinin məhşur hakimi işdən çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsinin məhşur hakimi işdən çıxarıldı
4 İyul 2017
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun fəaliyyətinə son verilib. 

Abzas.net xəbər verir ki, Ə.Osmanov 65 yaşı olması ilə bağlı təqaüdə göndərilib. O, icraatında olan işləri yekunlaşdırdıqdan sonra pensiyaya çıxıb.

Əlisultan Osmanov bir neçə məşhur məhkəmə işində hakimlik edib. O, bir neçə il əvvəl deputat Gülər Əhmədovanın işində hakimlik edib.

Bu hakim jurnalist Rauf Mirqədirovun və hələ də həbsdə olan Rəşad Ramazanovun hakimliyini edib.

Ə.Osmanov həmçinin ictimai fəalların proseslərində də iştirak edib. O, "Əsgər ölümlərinə son" aksiyaları ilə bağlı prosesdə nidaçılara uzun müddətli həbs cəzaları verən 3 hakimdən biri idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun