BƏƏ Qətərə kibermüdaxiləni təkzib edir

BƏƏ Qətərə kibermüdaxiləni təkzib edir
18 İyul 2017
Mətni dəyiş

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətər xəbər agentliyinə may ayında baş vermiş kibermüdaxiləyə aidiyyatı olması barədə məlumatları təkzib edib.

Haker hücumu barədə kəşfiyyat mənbələrinə istinad edən The Washington Post qəzeti xəbər verib.

Həmin yazıya görə Qətər əmirinə məxsus olduğu deyilən təhrikedici ifadələrin sayta yerləşdirilməsi arxasında BƏƏ olub.

Qətər əmiri onun adından yazılanların uydurma olduğunu bildirib.

Qətər hesab edir ki, ABŞ-da dərc edilmiş məqalə kiberhəmlənin baş verdiyini təsdiqləyir.

BƏƏ-nin xarici işlər naziri The Washington Post qəzetindəki xəbərin "həqiqətə uyğun" olmadığını deyib.

Hadisə Qətər və onun qonşuları arasında diplomatik qarşıdurmanı dərinləşdirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun