Azərbaycanlı işadamı Praqada maşınında ölü tapılıb

Azərbaycanlı işadamı Praqada maşınında ölü tapılıb
3 İyul 2017
Mətni dəyiş
Azərbaycanlı işadamı “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarov maşınında ölü tapılıb. Çexiyanın "Nova TV" televiziyası xəbər yayıb ki, hadisə günün günorta çağı baş verib. Onun üzərində bıçaq xəsarətləri olub. Polis hələlik hadisənin necə baş verməsi ilə bağlı məlumat yaymayıb. Azərbaycanın Çexiyadakı Konsulluğundan isə Azadlıq Radiosuna deyiblər ki, iyunun 30-da Çex polisindən onlara şifahi məlumat daxil olub. "Rəşad Qafarovun öz maşınında cansız vəziyyətdə" tapılması haqda məlumat verilib, hadisənin araşdırıldığı bildirilib. Azərbaycanın Çexiyadakı Konsulluğundan isə AzadlıqRadiosuna deyiblər ki, iyunun 30-da Çex polisindən onlara şifahi məlumat daxil olub. "Rəşad Qafarovun öz maşınında cansız vəziyyətdə" tapılması haqda məlumat verilib, hadisənin araşdırıldığı bildirilib. Çexiya tədbirlər... Rəşad Qafarovun rəhbəri olduğu “Tern Transport Trading CZ” və “Caspian Logistic Services” şirkətləri Çexiyada müxtəlif tədbirlər, eləcə də eks prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Praqada qala konsert təşkil edib. Çexiyanın kommersiya şirkətləri haqda məlumat bazasında - Rəşad Qafarovun “Tern Transport Trading CZ” və “Caspian Logistic Services”-dən başqa "CLS-Cargo s.r.o", "Oriental Petroleum Ltd" şirkətləri də var. Bu şirkətlər 2010-cu ildən sonra yaradılıb. Rəşad Qafarovun adı yerli mediada... Rəşad Qafarovun "Linkden in" hesabında qeyd olunur ki, o 2002-ci ildən 2013-cü ilə qədər "Panalpina Central Asia EC"-nin Azərbaycan filialında Müştərilərə Xidmət meneceri işləyib. Azərbaycan mediasında onun adı elə daha çox Panalpina ilə münaqişədə hallanıb. ANS Televiziyası 2016-cı ildə hazırladığı reportajda BP şirkətinə yük daşıma xidmətləri göstərən Panalpina-nın maliyyə fırıldaqlığı ilə iddialardan bəhs edib. Yerli mediya yazır ki, bu şirkətin maliyyə fırıldaqlığı ilə bağlı faktları şirkətin keçmiş əməkdaşı Rəşad Qafarov yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun