Azərbaycanın magistral kəmərləri ilə 21 mln. ton neft nəql olunub

Azərbaycanın magistral kəmərləri ilə 21 mln. ton neft nəql olunub
18 İyul 2017
Mətni dəyiş

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 21 052,7 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqletmənin 78,3%i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 16 474,7 min ton neft ötürülüb. Bu dövr ərzində BTC kəməri ilə 3 263,0 min ton tranzit nefti də nəql olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun