Azərbaycanda investisiya yönümlü kreditlərin həcmi 23% artıb

Azərbaycanda investisiya yönümlü kreditlərin həcmi 23% artıb
27 İyul 2017
Mətni dəyiş

Bu ilin yanvar-iyun ayları ərzində maliyyə və kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu 7 138,6 mln. manat təşkil edib ki, bunun da 848,5 mln. manatı və ya 11,9%-i bank kreditləri olub. Beləliklə, bank kreditlərinin həcmində illik 23,0% artım qeydə alınıb. Həmçinin, cəmi sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz bəndi artıb.

“Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, cəmi sərmayənin 5 019,3 mln. manatı və ya 70,3%-i müəssisə və təşkilatların vəsaitləri, 817,4 mln. manatı və ya 11,4%-i büdcə vəsaitləri, 90,2 mln. manatı və ya 1,3%-i büdcədənkənar fondların vəsaitləri, 328,5 mln. manatı və ya 4,6%-i əhalinin şəxsi vəsaitlərinin payına düşür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun