Azərbaycan hökuməti polis üçün zirehli maşınlar alır [video]

Azərbaycan hökuməti polis üçün zirehli maşınlar alır [video]
25 İyul 2017
Mətni dəyiş

Kanadanın 'INKAS Armored Vehicle Manufacturing' şirkəti Azərbaycan Daxili İşlər Nazirliyi ilə piyadaların zirehli maşınlarının tədarükünə dair müqavilə imzalayıb. Bu barədə Kanadanın rusdilli Russian Week saytı məlumat yayıb.

Şirkətdən bildiriblər ki, artıq bir neçə maşın (zirehli transportyorlar, Armored Personnel Carriers – APC) Azərbaycana gətirilib. O cümlədən, INKAS idxalçının ərazisində APC buraxılışı üzrə birgə müəssisənin yaradılmasına dair müqavilə imzalayıb.

IMKAS-ın marketinq və inkişaf üzrə vitse-prezidenti Roman Şimonovun sözlərinə görə, şirkəti xarici işlər departamentinin (Global Affairs Canada) bütün zəruri prosedurlarından keçib və xaricə hərbi avadanlığın tədarükü üçün hökumətin razılığını əldə edib.

Onun sözlərinə görə, INKAS sırf “hərbi” maşınlar buraxmır: “İstehsalımız xüsusilə hərbiləşdirilmiş (hərbi deyil) avadanlıq və hüquq-mühafizə orqanları üçün avtomobillərin yığılmasına yönəlib”.

Şirkətin məlumatına görə, 'INKAS Sentry APC' ordu bölmələri, xüsusi təyinatlı qüvvələr və digər hüquq-mühafizə orqanları tərəfindən istifadə edilə bilər.

Alınan zirehli maşınlarla bağlı müqavilənin dəyəri barədə məlumat verilmir. https://www.youtube.com/watch?v=gy1q68k5RLQ

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun