Avropa voleybol çempionatı da Azərbaycanda olacaq

Avropa voleybol çempionatı da Azərbaycanda olacaq
25 İyul 2017
Mətni dəyiş

Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda və Gürcüstanda voleybol üzrə qadınlararası Avropa çempionatı keçiriləcək. Çempionatda 16 ölkənin komandası iştirak edəcək. 

Keçiriləcək qadın voleybol komandaları arasında Avropa çempionatının biletləri iyulun 24-dən Bakıda satışa çıxarılıb. Bu barədə Azərtac məlumat yayıb.

Biletlərin qiyməti 3-5 manat arasında dəyişir. Açılış matçı, yarımfinal və medallar uğrunda oyunların biletləri 5 manatdır. Bir nəfər ən çox 10 bilet ala bilər.

Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının oyunları Bakıda, Göygöldə və Tbilisidə keçiriləcək. Qarşılaşmalar Bakıda Milli Gimnastik Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun