Avropa İttifaqına sədrlik Maltadan Estoniyaya keçib

Avropa İttifaqına sədrlik Maltadan Estoniyaya keçib
1 İyul 2017
Mətni dəyiş
Bu gündən, iyulun 1-dən Avropa Birliyinə sədrlik Maltadan Estoniyaya keçir.
Rəsmi Tallinin ittifaqa sədrliyi yanvarın 1-ə qədər davam edəcək. Bununla bağlı Brüsseldə Estoniya baş naziri Jüri Ratas, Aİ-nin xarici diplomatiyasının rəhbəri Federica Mogherini və birliyin digər yüksək vəzifəli rəsmilərinin iştirakı ilə mərasim keçirilib.
Birliyə ilk dəfə sədrlik edəcək Estoniyanın əsas prioritetləri kimi açıq və innovasiyalı iqtisadiyata malik Avropa, təhlükəsizliyin təmin edilməsi, rəqəmsal texnologiyaların tətbiq edilməsinin genişləndirilməsi və Avropanın dayanıqlı inkişafı kimi məsələlər müəyyən edilib.
Bundan öncə Avropa Birliyinə Malta sədrlik edib. Estoniyadan sonra ittifaqa rəhbərlik Bolqarıstana keçəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun