Avropa avtomobil bazarının lider şirkəti İrana geri qayıdır

Avropa avtomobil bazarının lider şirkəti İrana geri qayıdır
5 İyul 2017
Mətni dəyiş

Almaniyanın Volkswagen avtomobil şirkəti 17 illik fasilədən sonra gələn aydan İrana dönür.

“Volkswagen” İranın yerli Mammut Khodro şirkəti ilə müqavilədən sonra bu ölkəyə Tiguan compact SUV və Passat modellərinin satışına başlayacaq.

Bu barədə Azadlıq Radiosu şirkətin İran üzrə layihə menenceri Anders Sundt Jensen-ə istinadla xəbər verir.

Volkswagen, VW, Porsche, Skoda və Seat da daxil olmaqla Avropa bazarında liderlik edir.

Şirkət İran bazarından beynəlxalq sanksiyalara görə, 2000-ci ildə çıxıb.

Fransanın Renault və PSA Group avtomobil zavodu da İrana dönmək fikrində olduğunu bəyan edib.

İrana qarşı sanksiyalar 2016-cı ildə götürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun