AŞPA həmməruzəçisi Alxanlı hadisəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib

AŞPA həmməruzəçisi Alxanlı hadisəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib
6 İyul 2017
Mətni dəyiş
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Ştefan Şennak Füzuli rayon Alxanlı kəndinin atəşə tutulması nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib. Abzas.net xəbər verir ki, bu barədə Ş.Şennak öz "Twitter" səhifəsində yazıb. "Həyatdan köçən Sahibə Allahverdiyeva və Zəhra Quliyevanın yaxınlarına başsağlığı verirəm. AŞPA-nın Azərbaycan üzrə həmsədri kimi, ATƏT-in Minsk qrupunun həmsədrlərinin kədərini bölüşürəm", - Ş.Şennak vurğulayıb. Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun